Beynəlxalq maliyyə bazarlarına dair pessimist şərhlərinə görə «Doktor Qiyamət» ləqəbi alan iqtisadçı Mark Faber Türkiyəyə investisiya qoyacağını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, M. Faber bu barədə Anadolu Agentliyinə açıqlama verib.
M.Faber ABŞ-ın xarici və iqtisadi siyasətinin doğru olmadığını deyib: “Tramp xarici siyasət yürütmür. Ona buna sataşır, amma ortada heç bir diplomatiya yoxdur”.
Məşhur iqtisadçı ABŞ-la gərginlik yaşayan Türkiyənin əlində alternativ variantların olduğunu da deyib: “Türkiyənin əlindəki Tramp kartı NATO-dur. NATO-nun Türkiyədə son dərəcə önəmli bazaları var. Uzun perspektivdə Türkiyənin əlində iki seçim mövcuddur: Avropa ilə yaxınlaşıb NATO-da qala bilər, ya da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər. Bu, Türkiyənin Qərbi tərk etdiyinə, Rusiya və Çinlə daha çox yaxın olacağına işarədir. Bu, Ərdoğanın əlində olan bir ehtimaldır. Düşünürəm ki, Tramp bunun çox real bir ehtimal olduğunu anlamır”.
“Doktor Qiyamət” Türkiyəyə investisiya yatıracağını da deyib: “Hesab edirəm, türk aktivlərinə sərmayə qoymağın vaxtı gəlib”.