Amerika Birləşmiş Ştatlarının Türkiyədəki sabiq səfiri Ross Uilson Türkiyəyə qarşı təzyiqlərlə bağlı ABŞ administrasiyasına xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, sabiq səfiri ABŞ-ın Fox TV kanalına açıqlamasında Vaşinqtonun Türkiyə haqqındakı sanksiya qərarını sərt tənqid edib.
R.Uilson ölkəsinin Türkiyəyə başladığı iqtisadi müharibədən zərərlə çıxacağını və beynəlxalq bazarların da bu vəziyyətdən təsirlənəcəyini söyləyib.
Uilson Türkiyəyə qarşı sanksiyaların iki böyük risqi ortaya qoyduğunu bildirib. Sabiq səfirə görə, bu risqlərdən ilki sanksiyaların illərdir hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən münasibətlərə mənfi təsir göstərməsidir. İkincisi isə Türkiyə iqtisadiyyatındakı mənfi gedişatın digər bazarlara da mənfi təsiridir.
Türkiyə ilə bağlı qərarların ABŞ-ın mənfəətlərinə də dağıdıcı təsiri olacağını qeyd edən Uilson ölkəsini geri addım atmağa çağırdı.