Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyənin ABŞ-ın elektron məhsullarına boykot elan etdiyini deyib. Baki-xeber.com xəbər verir ki, Ərdoğan bunu Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SEDA) tәşkilatçılığı ilә keçirilən "Hakimiyyətinin 16-ci İlindә Ədalət və İnkişaf Partiyası’’ adlı simpoziumda deyib.
ABŞ-ın sanksiya qərarını qiymәtlәndirәn dövlәt başçısı Türkiyəyə qarşı açıq bir hücumun olduğunu deyib: "Türkiyəyə qarşı açıq bir hücum var. İqtisadi olaraq bütün tədbirləri görmüşük”.
Türkiyә iqtisadiyyatının hәr ötәn gün daha da inkişaf etdiyini deyәn Әrdoğan bildirib ki, Türkiyә maşğulluq vә turizm sektorunda rekord әldә edib. Bu gün ölkә әn etibarlı bank sisteminә malikdir.
Әrdoğan Türkiyәnin inkişafını hәzm edә bilmәyәnlәrin iqtisadiyyatı silah kimi istifadә etmәkdәn çәkinmәdiyini deyib. Dövlәt başçısı 2016-cı ilin 15 iyul tarixindә törәdilәn çevriliş cәhdinin qarşısını millәtlә birgә aldıqları kimi, dolların vә inflyasiyanın da qarşısını alacaqlarını vurğulayıb. “Türk lirәsinin şәrәfini qoruyaraq onlara әn gözәl cavabı vermiş olacağıq”,- deyә Әrdoğan qeyd edib.
Әrdoğan Türkiyənin ABŞ-ın elektron məhsullarını boykot edəcəyini deyib. “ABŞ-ın elektron məhsullarını boykot edəcəyik. Onların “iPhone”u varsa, başqa bir tərəfdə “Samsung” var. Öz ölkəmizdə “Venus Vestel” var. Biz bunları tətbiq edəcəyik” – Ərdoğan bildirib.