İran ABŞ sanksiyalarına görə, ölkədə fəaliyyətlərini dayandırdıran Fransanın avtomobil istehsal edən şirkətlərinin anlaşma şərtlərinə uyğun təzminat ödəməsini tələb edir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Muhsin Salihi Niya açıqlama verib.
O, ölkədə fəaliyyətini dayandırdıran fransız avtomobil istehsalçısı “Peugeot”un istehsal həcmini azaltdığını deyib. Salihi Niya bildirib ki, fransız avtomobil istehsalçıları ilə əldə edilən razılaşmalarda lazımi zəmanətlər alınıb və ABŞ sanksiyalarına görə, İrana sərmayələrini azaldan “Peugeot” təzminat ödəməlidir.
S.Niya avtomobil sənayesi üçün lazım olan hissələrin yerli avtomobil istehsalçısı "İran Khodro" tərəfindən təmin ediləcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ, İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxmasından sonra, avqustun 7-dən yeni sanksiyaların tətbiqinə başlayıb. Sanksiyalar İranın neftindən sonra ikinci böyük avtomobil sənayesini də hədəfə alır. “Peugeot”, “Renault” və “Citroen” kimi Fransa avtomobil istehsalçıları ABŞ sanksiyalarına görə, Tehranla ticarəti dayandırdıqlarını açıqlayıblar.