ABŞ prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin yaxşı olmadığını deyərək Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb. Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti bununla bağlı öz "Twitter" səhifəsində yazıb.
"Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollarımız qarşısın sürətlə aşağı düşərkən, mən polad və alüminium tariflərinin ikiqat artırılmasına dair qərar verdim.
Artıq alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil” - Trampın tvitində deyilir..
Trampın mesajının ardından Ağ Ev, prezidentin, gömrük rüsumlarını iki dəfə artırmaq üçün hazırlığa başlamaq barədə təlimat verdiyini bildirib.