Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniyanın “Mercedes” şirkətinin əsas şirkəti, dünyanın ən böyük lüks və ağır maşınlar istehsalçısı “Daimler” İranla olan bütün fəaliyyətlərini dayandırıb.
Baki-xeber.com xarici mediaya istinadən bildirir ki, şirkət Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyalarıyla əlaqədar İranla olan bütün fəaliyyətlərini ikinci təlimata qədər tamamilə dayandırdığını açıqlayıb.
“Daimler” bildirib: “İranda fəaliyyəti az olsa da, yerli şirkətlərlə tərəfdaşlıqla əlaqədar “Mercedes” yük maşınları satışını dayandırdı”.
Fransa informasiya agentliyi AFP-də yazılana görə, "Mercedes”in İranda onsuz da məhdud olan fəaliyyətləri tətbiq edilən sanksiyalara görə təxirə salınıb. "Daimler” nüvə sazişinin gələcəyilə bağlı siyasi prosesləri yaxından izləyir”.