Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də Avropa müəssisələrini İranla ticarəti və bu ölkədə iqtisadi fəaliyyəti aktivləşməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, Mogerini bu bəyanatı ABŞ-ın İran sanksiyalarının başlamasından sonra verib.
O, İranın sazişdən çıxmaması üçün əllərindən gələn hər şeyi etdiklərini bildirib: "Biz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaması üçün əlimizdən gələn hər şeyi edirik. Biz əminik ki, bu saziş nəinki regionunun, hətta bütün dünyanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir".