Suriya prezidenti Bəşər Əsəd Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, bu barədə Cənubi Osetiyadakı separatçıların başçısı Anatoli Bibilov açıqlama verib.
İyul ayında Suriyaya səfəri zamanı Əsədlə görüşdüyünü deyən separatçı lider, Əsədin Cənubi Osetiyaya səfər etməsilə bağlı anlaşdıqlarını deyib. O, bildirib ki, Əsəd separatçı Cənubi Osetiya ilə ərəb ölkələri arasında münasibətlərin qurulmasına kömək edəcək.
O, qeyd edib ki, səfərin tarixi dəqiq məlum deyil və bu istiqamətdə işlər görülür.