Çin ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi gömrük vergilərinə cavab olaraq, ABŞ-ın 60 milyard dollarlıq mallarına yeni tariflərin tətbiq ediləcəyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Çinin Ticarət Nazirliyi 5200 ABŞ malına 5-dən 25 faizədək gömrük vergisi tətbiq ediləcəyini bildirib.
Tramp administrasiyası 200 milyardlıq Çin mallarına tarifləri artıraraq, 10 faizdən 25 faizə qaldırıb.