Moskva Ostankino məhkəməsi ötəl ilin sentyabrında atalarını öldürən Xaçaturyan bacılarının İslah Əmək Müəssisəsinə göndərilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, ötən ilin 27 iyul tarixində binanın hollunda 57 yaşlı kişinin üərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti tapılıb. Qətlin törədilməsində öldürülən şəxsin 17, 18 və 19 yaşlı qızları şübhəli şəxs qismində istintaqa cəlb olunub və çox keçmədən onlar cinayəti birgə törətdiklərini etiraf edib. İstintaqa ifadələrində isə deyiblər ki, ataları onları daim silahla hədələyib, dərsə buraxmayıb və onlardan qul kimi istifadə edib.