Rusiya İsrailin nəzarəti altında olan Golan təpələrinə hərbi polis qüvvələrini göndərərək 8 nəzarət postu qurmağı planlaşdırır.
Baki-xeber.com-un xəbərinə görə, məqsəd bu rayonda mümkün provokasiyalardan qaçmaqdır. Bu barədə “İnterfaks”a RF Müdafiə Nazirliyindəki mənbə deyib. Xəbərdə bildirilir ki, İran qüvvələri özünün Suriyadakı ağır silahlarını İsrailin işğal etdiyi Golan təpələrinin 85 kilometrlik məsafəsində cəmləyib. TASS-ın xəbərinə görə, bu məlumatı onlara Rusiyanın regiondakı xüsusi nümayəndəsi verib.
“Amerikanın səsi” isə bəyan edib ki, İsrail İran ağır texnikasının həmin məsafəyə cəmlənməsini özü üçün hədə olaraq görür.