ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edir. Baki-xeber.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama yayıb.
Sanksiyalara səbəb kimi isə iki nazirin amerikalı pastor Endrü Bransonun həbsində oynadıqları rol göstərilib. Məlumata görə, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə ABŞ tərəfindən sanksiya tətbiq ediləcək. Nazirlər insan hüquqlarının pozulmasında günahlandırılır.
S.Sanders qeyd edib ki, nazirlərin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulacaq. Onlarla əlaqəsi olan şirkətlərə də sanksiyalar tətbiq edlməsi nəzərdə tutulur.
ABŞ Maliyyə Nazirliyi də Brunsonun həbsinin qəbuledilməz olduğunu söyləyib. Maliyyə Nazirliyinin qərarında hər iki nazirin pastorun tutulması və saxlanmasında aparıcı rol oynadığı qeyd edilir.