Tacikistanda əcnəbi velosipedçilərə hücum olub.
Baki-xeber.com-un xəbərinə görə, iyulun 29-da Hatlon vilayətinin Danqar rayonunda naməlum şəxs(lər) avtomobili əcnəbi velosipedçilərin üzərinə sürüb. Nəticədə 4 nəfər – ABŞ, Niderland və İsveçrə vətəndaşları həlak olub. Hadisənin dərhal ardından İŞİD-ə bağlı Amak agentliyi qruplaşmanın bəyanatını yayıb. Bəyanatda deyilir ki, hücum İŞİD “əsgərləri” tərəfindən törədilib və koalisiya ölkələrinin vətəndaşları qruplaşmanın hədəfi olmaqda davam edəcək.
Xəbərdə o da deyilir ki, bu, Tacikistanda əcnəbiləri hədəfə almış ilk qanlı olaydır.
Tacikistan DİN-in açıqlamasında deyilir ki, avtomobili turistlərin üzərinə sürən şəxs və onun sərnişinləri sonra maşından enərək onlara odlu silah və bıçaqla hücum edib. Nəticədə 2 nəfər amerikalı, 56 yaşlı hollandiyalı və İsveçrə vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdılıb.
DİN-in bazar ertəsi yaydığı açıqlamada 5 nəfər şübhəlinin silahlı müqavimət göstərdiyi üçün məhv edildiyi, 1 nəfərin isə ələ küçirildiyi bildirilir.