Egey dənizində Fətullah Gülən hərəkatının üzvləri olduğu güman edilən 16 nəfəri Midilli yunan adasına aparan qayıq batıb.
Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, hadisə iyulun 29-na keçən gecə baş verib. Nəticədə 6 nəfər ölüb, 1 nəfər itkin düşüb, 9 nəfər isə Türkiyənin Sahil Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində xilas edilib. Xilas işlərinə helikopter də cəlb edilib. Xəbərdə qayıqda qadın və uşaqların da olduğu deyilir.
Ayvalık rayonunun yerli inzibati idarəsinin başçısı Gökhan Görgüarslan agentliyə açıqlamasında deyib ki, qayıqda Gülən hərəkatının aparıcı simalarından iki nəfərin də olduğu ehtimal edilir. Lakin o, bu iki şəxsin ölənlər, ya qalanlar arasında olduğunu dəqiqləşdirməyib.