ABŞ-ın dolları Rusiyaya qarşı təzyiq alətinə çevirməsi böyük strateji səhvdir. Baki-xeber.com “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Amerikalı tərəfdaşlarımızın dollarla hesablaşmalarda məhdudiyyətlər tətbiqi etməsini böyük strateji səhv sayıram. Çünki bu ehtiyat valyuta kimi dollara inamı azaldır” – detən Rusiya prezidenti vurğulayıb ki, hələ bir neçə il əvvəl, bu cür metodlardan iqtisadi rəqabətə qarşı siyasi mübarizə vasitəsi kimi istifadə ediləcəyi heç kimin ağlına gəlmirdi.
Hesablaşma sistemlərinin siyasi anlaşılmazlıqlar zamanı “kozır” kimi istifadə edilməsinin doğru olmadığını deyən Putin, daha sonra bildirib: “Bunun dollara ehtiyat valyuta kimi zərər verdiyi ortadadır. Əgər belə olmasaydı, onlarla ölkə başqa alternativlər axtarmazdı”.