ABŞ Konqresinə, prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşünə icazə verilməməsini ehtiva edən qanun layihəsi təqdim edilib.
Baki-xeber.com “Sputnik”ə istinadən xəbər verir ki, layihə Nümayəndələr Palatasının Demokrat üzvlərindən Şeila Cakson Li tərəfindən təqdim edilib
Layihədə, Trampla Putinin 16 iyulda Helsinkidə keçirdiyi görüşdə olduğu kimi, otaqda yalnız iki lider və ətrafının olduğu şəkildə görüşün qarşısının alnmasına dair çağırışlar edilir. Bu cür təmaslar “gizli görüş” kimi xarakterizə edilir və təkbətək danışıqlarda əldə ediləcək hər hansı bir razılaşmanın etibarsız sayılmasının zəruriliyi vurğulanır. Qeyd edilir ki, Putin və Trampın təkbətək danışıqlarda əldə etdiyi razılaşmalar, etibarlı sayılması üçün Konqresin müzakirəsinə çıxarılmalıdır.
Layihənin Konqresə təqdim edilməsi, Helsinki görüşünün ardından Trampın ABŞ-da sərt tənqid hədəfi olmasından sonraya təsadüf etməsi də diqqət çəkir.
Trampın tənqidçilərinə görə, Trampın Putinlə görüşdə yetərincə güclü davranmayıb və ölkəsinin maraqlarını müdafiə etməyib.
Tənqidlər nəticəsində, zirvədən dərhal sonra Putini payız aylarında Vaşinqtona dəvət edən Tramp administrasiyası, növbəti görüş planını 2019-cu ilə ertələmək məcburiyyətində qalıb.