İrəvan məhkəməsi KTMT Baş katibi Yuri Xaçaturova hökm oxuyub.
Baki-xeber.com-un erməni mətbuatından aldığı xəbərə görə, o, Xüsusi istintaq xidmətinin 2008-ci ilin 1 mart hadisələrilə bağlı açılan cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Xaçaturov digər şəxslərlə əlbir olaraq ölkənin konstitusiya quruluşunu pozmağa cəhddə ittiham olunur. Birinci instansiya məhkəməsi isə onun barəsində həbs qətimkan tədbiri seçib.