İran İnqilab Keşikçiləri karpusunun Qüds qüvvələri komandiri general-mayor Qasim Süleymani ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Q.Süleymani Həmədan şəhərində təşkil edilən bir yığıncaqda bildirib ki, əgər Tramp təhdid dilini istifadə etmək istəyirsə, ölkə prezidenti Həsən Ruhani ilə deyil, onunla danışmalıdır.
Prezident Həsən Ruhaninin Trampın təhdidləri qarşısında sərgilədiyi güclü rəftarı yüksək qiymətləndirdiyini ifadə edən Süleymani: "Bir əsgər olaraq, Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir. Əgər o təhdid dilini istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, prezident Həsən Ruhani ilə deyil!"
Süleymanı, həmçinin ABŞ əsgərlərinin Qırmızı dənizdəki mövcudluğunu tənqid edib: "Keçmişdən etibarlı olan Qırmızı dəniz ABŞ varlığı ilə artıq etibarlı deyil. Qırmızı dəniz neft tankerləri üçün dünyadakı ən mühüm ticarət yollarından biri mövqeyindədir. Tramp bizim şəhidlər milləti olduğumuzu və şəhid olacağımız günü gözlədiyimizi bilməlidir", - deyə iranlı general deyib.
ABŞ-ın İrana təhdidlərinin "əsassızr" olduğunu deyən və "Son 20 ildə İrana qarşı əvvəllər etdiklərinizdən fərqli nə etdin ki, bizi indi təhdid etdiniz? Sonda zəfər İranın olacaq" deyə Süleymani bildirib: "Biz hazırıq. Müharibəni sən başlaya bilərsən, ancaq son nöqtəni qoyan biz olacağıq".
Süleymani: "İran ordusunun qarışmasına ehtiyac yoxdur. Mən və Qüds qüvvələri sizinlə qarşılaşmaya bəs edərik. Sizə düşündüyünüzdən çox yaxınıq. Bizi ölümlə təhdid etmə” deyə Süleymani bildirib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı "odla oynamamağa" çağırmışdı. "Od ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz" , - deyə İran lideri vurğulamışdı. ABŞ prezidenti Tramp da buna cavab olaraq Tvitter hesabından paylaşdığı mesajında Ruhaniyə xitabən, "Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrə dözmək məcburiyyətində qalarsan" - ifadələrini işlətmişdi.