Suriyanın cənubundakı Bəşər Əsəd rejiminin nəzarətində olan Əs-Süveyd əyalətində törədilən terror aktı nəticəsində ölənlərin sayı 150-i keçib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, əyalətdə ən azı 2 intihar hücumu olub.
Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, səhər saatlarından başlayan hücum və silahlı qarşıdurmada yüzdən çox adam həlak olub. Müşahidəçi qrup ən azı 150-i nəfərin oldüyünü açıqlayıb. Yaralıların sayı da durmadan artır.
Terror hücumlarını İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Əs-Süveyd əyalətinin mərkəzi rejimin nəzarəti altındadır, şimal-şərqi isə İŞİD-in əlindədir.
Bu hadisə, rejimin nəzarətindəki ərazilərdə son aylarda törədilmiş ən qanlı hadisə kimi dəyərləndirilir.