İsrail, ABŞ başda olmaqla, koalisiyanın istəyinə uyğun olaraq, Suriyadakı “Ağ dəbilqəlilər”in fəallarını bu ölkədən çıxarıb.
Baki-xeber.com-un xəbərinə görə, bu informasiyanı özünün “Twitter” səhifəsində İsrail XİN-in mətbuat sözçüsü Emmanuil Naxşon yazıb. Eyni zamanda o, İsrailin ABŞ, Kanada və Avropa ölkələrinin xahişilə vətəndaş cəmiyyəti təşkilatı olan “Ağ dəbilqəlilər”in və onların ailə üzvlərinin daha təhlükəsiz yerə köçürülməsi üzrə humanitar missiyasını tam yerinə yetirdiyini və onların ölkədən çıxarıldığını yazıb.
Xatırladaq ki, Böyük Britaniyada mənzillənən “Ağ dəbilqəlilər” xüsusi təlim keçmiş suriyalı döyüşçülərdən təşkil olunmuş və Qərb ölkələrinin dotasiyası hesabına varlığını qoruyan dəstədir. Daha öncə onlar “Suriyanın mülki müdafiə dəstəsi” adlanırdı.