İran ABŞ və Avropanın dövlət və özəl obyektlərinə qarşı kiberhücumlar hazırlayır.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə NBC News telekanalı özünün ABŞ administrasiyasındakı mənbələrinə əsasən çıxış edib. Telekanalın xəbərində deyilir:”İran hakerləri Birləşmiş Ştatların və Avropanın dövlət və özəl inftastruktur obyektlərinə qarşı geniş kiberhücumlar hazırlayıb. Bununla əlaqədar olaraq ABŞ müttəfiqlərini xəbərdar edir, eyni zamanda öz müdafiəsini möhkəmləndirərək, əks-hücumların mümkün variantlarını götür-qoy edir”. Lakin telekanalın xəbərində o da deyilir ki, İranın bütün bu hazırlıqlarına baxmayaraq, kiberhücumların qaçılmaz olduğunu göstərən heç bir əlamət yoxdur.
Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan edib, bu addımı isə Tehranın uran zənginləşdirməsini davam etdirməsi və nüvə silahı əldə etmək cəhdlərilə izah edib. Lakin Aİ ölkələri ABŞ-ın ardınca getməyərək razılaşmanı davam etdirmək kursu götürüb. Eyni zamanda İran da hələlik razılaşmadan çıxması ilə bağlı heç bir açıqlama verməyib.