Rusiya və Ukrayna arasında qalan və sahilinin əhəmiyyətli bir hissəsi Krıma düşən Azov dənizini ruslara qarşı minalamaq təklif edilir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, belə bir təkliflə Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandiri Sergey Qayduk çıxış edib.
Qaydukun fikrincə, Azov dənizinə mina döşənəcəyi təqdirdə, Ukraynanın, Rusiya hərbi gəmilərinin fəaliyyətindən zərər görməsinin qarşısı alınacaq və Ukraynanın rus qoşunlarının mümkün hücumuna qarşı təhlükəsizliyini təmin edəcək.
Ukrayna gəmilərinin sözügedən minalardan qorunmasına gəlincə, Qayduk bunun üçün bu gəmilərin xüsusi bir hərbi marşrutla hərəkət etməsini təklif edib.