ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə imkanlarını gücləndirmək üçün 200 milyon dollar ayırdığını bildirib.
Pentaqonun cümə günü verdiyi elanında deyilir ki, bu vəsait hərbi təlimlər, təchizat və konsultasiya yardımı üçün istifadə ediləcək. Əlavə edilir ki, yardımın və təchizatın çatdırılması tarixləri daha sonra müəyyən ediləcək.
200 milyon dollarlıq yardım qərarının nə vaxt həyata keçiriləcəyi isə hələlik açıqlanmır.
ABŞ-ın 2014-cü ildə Rusiyanın ildə Krımı ilhaq etməsindən sonra Ukraynanın təhlükəsizlik sektoruna ayırdığı ümumi vəsaitin həcminin 1 milyard dollara çatdığı bildirilir.
Ukrayna hökuməti silahlı qoşunlarlnın NATO alyansına daxil olan ordulara müvafiq səviyyəyə gətirmək üzərində çalışır.
Yeni yardım Helsinkidə Donald Tramp və Vladimir Putin arasında zirvə görüşündən sonra ABŞ-Rusiya münasibətləri ilə bağlı yaranmış siyasi debatların olduğu bir zaman həyata keçirilir.