Almaniya kansleri Angela Merkel avqust ayında Serj Sarkisyanın dəvətilə Ermənistana səfər edəcək.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, eks-prezident onu 2017-ci ildə NATO-nun Şərq Tərəfdaşlığı üzrə Brüssel sammitində iştirakı əsnasında ölkəsinə dəvət edib. Düşmən ölkənin “168.jam” nəşri yazır ki, Merkel Sarkisyanla həm də Avropa Xalq Partiyası çərçivəsində keçirilən tədbirlər zamanı ünsiyyətdə olub, “Konrad Adenauer” fondu isə Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının önəmli beynəlxalq partnyorlarından biridir.
Nəşr onu da bildirir ki, Angela Merkelin Ermənistana gəlişi həm də Nikol Paşinyanın Brüssel səfərinin ardından baş tutacağı üçün önəm kəsb edir.