İstanbulda keçirilən növbəti antiterror əməliyyatında Çeçenistan Respublikası Miqrasiya Xidmətinin keçmiş rəhbərinin qızı Seda Dudurkayeva da gözaltına alınıb.
Baki-xeber.com-un Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, Seda Dudurkayevanın əri Tarkan Batıraşvili Əbu Ömər Şişani adı ilə fəaliyyət göstərib və İŞİD-in komandiri kimi məşhurdur. “The Daily Sabah” yazır ki, Dudurkayeva daha öncə Şişaninin köməkçisi Həmzət Borçaşvili ilə evli olub və onun Suriyaya getməsinə də keçmiş əri yardım edib. Onun məhvindən sonra isə türrorçubaşıya ərə gedib.
Xəbərdə o da deyilir ki, sonuncu reyd zamanı 5 nəfər saxlanıb ki, onlardan ikisi də Şişaninin oğullarıdır. Şişaninin özünün isə məhvi barədə hələ 2016-cı ildə xəbər verilib. Bundan daha öncə - 2013-cü ildə Çeçenistan prezidenti Ramzan Kadırov qızının Suriyaya getməsi səbəbindən Miqrasiya Xidmətinin başçısı Asu Dudurkayevi tutduğu vəzifədən azad edib. RİA”Novosti” yazır ki, bundan sonra eks-başçı Suriyaya gedərək qızını Rusiyaya qaytarmağa cəhd edib, lakin cəhdi uğursuz olub.