ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu ilin payızında Vaşinqtona dəvət edib. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.
S.Sanders deyib: "Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun işgüzar səviyyədə davam etdirilməsi ilə razılaşıb. Prezident Tramp Con Boltondan (milli təhlükəsizlik üzrə müşavir) prezident Putini payızda Vaşinqtona dəvət etməsini istəyib".
ABŞ prezidenti özü isə "CNBC" telekanalına bildirib ki, Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında münasibətlər düzəlməzsə mən Putinin "ən qəddar düşməni olacam": "ABŞ-RF münasibətləri düzəlməzsə mən Putinin "ən qəddar düşməni olacam".