1853-cü ildən Fransanın ərazisi hesab edilən Yeni Kaledoniyada noyabr ayında müstəqillik haqqında referenduma keçiriləcək.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Kaledoniyanın müstəqillik hərəkatının əsas dəstəkçisi Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü Daniel Qoa, adanın Fransadan ayrılmasının an məsələsi olduğunu deyib.
Referendumun "ləyaqət məsələsi" kimi təsvir edən Qoa, son adama qədər mübarizə aparacaqlarını bildirib.
O, referendumda xalq müstəqilliyi dəstəkləyəcəyi halda, Yeni Kaledoniyanın suverenliyinin beynəlxalq arenada tanınmasına çalışacaqlarını və Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün müraciət edəcəklərini deyib.
Qoa, Fransanı ölkədən çıxarmanın zamanının gəldiyini və Fransanın çoxmillətli şirkətlərinin nəzarətində olan təbii qaynaqları və digər sektorları öz əllərinə alacaqlarını vurğulayıb.
Yeni Zelandiyanın şimalında olan Mikroneziya adalarının bir hissəsi olan Yeni Kaledoniya, 1853-ci ildə Fransanın koloniyalarından biri olub, 1946-ci ildə isə Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil edilib. 2003-cü ildə Konstitusiyanın dəyişdirilməsi nəticəsində Fransaya bağlı muxtar bölgə statusu alıb.
Adada 1980-ci ildə başlayan müstəqillik hərəkatı getdikcə daha da güclənir, 1984-dəki müstəqillik səsverməsinin rədd edilməsi ölkədə iğtişaşlar, təxribatlar və tətillərə səbəb olmuşdu.