İsrail Qəzzaya növbəti dəfə hava hücumu düzənləyib.
Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, nəticədə iki fələstinli yeniyetmə həlak olub, 14 nəfər isə yaralanıb. Bu barədə agentliyə Qazzədakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl Kudra bildirib. Kudra hücumda həyatını itirənləriin Amir Əl Nimra (15 yaş) və Luai Kahil (16 yaş) olduğunu deyib.