Federal jüri Rusiyanın 12 hərbi kəşfiyyat rəsmisini 2016-cı il prezident seçkiləri zamanı ABŞ Demokratlar Partiyasının kompüterlərinə müdaxilə ittiham edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ruslara qarşı bu ittihamlar Moskvanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller tərəfindən irəli sürülüb.
ABŞ ədliyyə nazirinin müavini Rod Rosenstein 12 hərbi kəşfiyyatçının Hillari Klintonun seçki kampaniyasının könüllüləri və işçilərinin email hesablarına daxil olduqlarını və həmin yazışmalar ictimaiyyətə açıqladıqları bildirib.
Rusiya kəşfiyyatçıları fəaliyyətlərini, “DCLeaks” və “Guccifer 2.0” adlı saxta hakerlər vasitəsilə həyata keçiriblər.
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin digər aspekti Sankt-Peterburq şəhərində qərargahlaşmış və “troll fabriki” kimi tanınan İnternet Təhqiqatlar İdarəsinin sosial media vasitəsilə həyata keçirdiyi kütləvi təsiretmə əməliyyatları daxildir. Fevral ayında jüri həmin idarənin 12 əməkdaşını və maliyyəçisin təqsirli bilmişdi.
Vaşinqtonun qərarına sərt reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi isə, 12 rus kəşfiyyatçısını 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməkdə suçlayan ABŞ-ı gözlənilən Putin-Tramp zirvəsi öncəsi atmosferi pozmaqda günahlandırıb.
Təqsirnamələr ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bazar ertəsi keçirilməsi planlaşdırılan zirvə toplantısı ərəfəsində elan edilib. Tramp cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, rusiyalı həmkarı ilə görüşəcəyi zaman bu barədə “mütləq danışacaq.”