İranın dini lideri Ayətullah Əli Xamneyinin xarici siyasət sözçüsü Əli Əkbər Vilayəti NATO-nun Türkiyə-Suriya sərhədinə öz güçlərini yerləşdirməsini “gerçəkləşməyəcək xəyal” adlandırıb.
Baki-xeber.com-un Rusiya mətbuatından aldığı xəbərə görə, Vilayəti eyni zamanda, İranın Suriyada hərbi varlığının İsraillə daışıqlar mövzusu olmadığını da deyib. Bildirib ki, Tehran bu ölkədəki hərbi varlıqlarına ABŞ və İsrail istədiyi üçün deyil, Bağdad və Şamın istəyilə son verə bilər.
“Suriyada İran və Rusiyanın varlığı bu ölkəni qorumaq və ABŞ-ın hücumlarını əngəlləmək məqsədilə davam edəcək, lakin Bağdad və Şam istəyərsə, dərhal bu əraziləri tərk edərik”- o deyib.