Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Baki-xeber.com xəbər verir ki, parlament sədri vəzifəsinə AKP B.Yıldırımın, müxalif Cümhuriyyət Xalq Partiyası İstanbuldan olan millət vəkili Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası Siirtdən seçilən deputat Meral Danış Beştaşın, İYİ Partiya İstanbuldan olan millət vəkili Hayrettin Nuhoğlunun və Səadət Partiyası isə İstanbulu təmsil edən deputat Cihangir İslamın namizədliyini irəli sürülüb.
B.Yıldırım 335 deputatın dəstəyini alaraq Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçilib.