Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədilə ABŞ və Şimali Koreya arasında planlanan işçi qrupun yaradılması ideyası baş tutmayıb.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb tərəflərin məsələyə fərqli yanaşma sərgiləməsi olub. Belə ki, ABŞ yarımadanın sürətlə nüvəsizləşdirilməsini istəyir, KXDR isə bu işi mərhələlərlə həyata keçirmək niyyətindədir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Hauert Amerika tərəfinin belə bir qrup təşkil etdiyini deyib.