NATO ABŞ prezidenti Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə bir sıra məsələlərdə anlaşma əldə edə biləcəyindən narahatdır.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmisi Peter Bayer açıqlama verib.
P.Bayer NATO-nun, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Putin-Tramp zirvəsində bəzi məsələlərlə bağlı razılaşma imzalanmasından narahat olduğunu bildirib.
Bayer NATO-nun narahatlığının, müttəfiq ölkələrin Putin-Tramp zirvəsinin planlaşdırılması və müzakirə ediləcək məsələlərin hazırlanması prosesinə daxil edilməməsindən qaynaqlandığını deyib.
Bayer, oxşar vəziyyətin 12 iyunda Trampla Şimali Koreya lideri Kim Conq In arasında keçirilən görüş ərəfəsində də yaşandığını deyib.