Rusiya baş naziri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyadan rəsmi açıqlama verilib.
Məlumata görə, ölkə prezidenti Vladimir Putinin tapşırığı ilə Medvedev iyulun 9-da baş tutacaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə qatılacaq Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Bundan başqa, Rusiyanın Liberal Demokrat Partiyasının partiyasının sədri Vladimir Jirinovski də Ərdoğanın inauqurasiya mərasiminə qatılacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən Jirinovski mərasimə Ərdoğanın şəxsi dəvəti əsasında qatılacaq. Onun rəhbərlik etdiyi nümayəndə heyətində həmçinin deputatlar Vasiliy Vlasov, Dmitri Savelyev, Boris Çernışov və partiyanın fraksiya aparatı rəhbərinin müavini Stansislav Paxomov daxildir.