Suriyada Bəşər Əsəd rejimi və dəstəkçilərinin hədəfində olan Dera vilayətində müxaliflərlə rusiyalı heyət arasında, bölgədə uzunmüddətli atəşkəs şərtlərini danışmaq üçün keçirdikləri görüş nəticəsiz başa çatıb.
Baki-xeber.com Anadolu Agentliyinə istinadəbn xəbər verir ki, Deradakı müxalifət nümayəndələri ilə ruslar Busra əş-Şam mahalında bir araya gəlib.
Deralı müxaliflərin sözçüsü İbrahim Cebbavi rusların şərtlərinin çox aşağılayıcı olduğunu deyib: "Ruslarla keçirilən görüş müvəffəqiyyətsizliklə nəticələndi. Rusların təqdim etdiyi şərtlər çox aşağılayıcı idi. Buna görə müxaliflər görüşü tərk etdi".
Rusiyalı heyətin onlara qəbul edə bilməyəcəkləri şərtlər təqdim etdiyini deyən Cebbavi "Yığıncaqda, Suriyanın cənubunu Əsəd rejiminə təslim etməmizi istədilər. Azad Suriya Ordusunun əlindəki bütün ağır və yüngül silahlar da istəndi. Daha sonra atəşkəs prosesinin başlayacağı ifadə edildi. Ayrıca rejimin həbs siyahısında olanların məhkəmə qarşısına çıxarılması şərti də irəli sürüldü" bildirib.