ABŞ-ın Estoniyadakı səfiri istefa verib. Baki-xeber.com xəbər verir ki, diplomat Ceyms Melvil ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı açıqlamaları və Vaşinqtonun Avropa müttəfiqlərinə qarşı rəftarından məyus olduğunu deyərək postundan gedib.
“Foreign Policy” dərgisinin məlumatına görə, uzun müddət Avropada işləmiş təcrübəli diplomat C.Melvil Facebook-da “Prezidentin Avropa İttifaqının Birləşmiş Ştatları istismar etmək tələ qurduğunu və ya NATO-nun NAFTA qədər pis olduğunu deməsi, təkcə yanlış deyil, həm də mənə getmək vaxtının gəlib çatdığını bir daha sübut edir”- deyə yazıb.
Melvil yüksək səviyyəli ABŞ diplomatıdır. 2015-ci ildən bəri NATO üzvü Estoniyada ABŞ səfiri, 33 il boyunca isə Dövlət Departamentində xidmət göstərən Melvil 6 ABŞ prezidentini yola salıb.