Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi (ECCHR) İtaliya ilə bağlı Avropa Komissiyasına şikayət edib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bu ilin ilk aylarında o vaxtkı İtaliya rəsmilərinin, Suriya kəşfiyyatı və təhlükəsizlik qurumlarının rəhbəri Əli Məmlükü ölkəyə gətirib gizli görüş keçirməsidir.
Mərkəz Suriya prezidenti Bəşər Əsədin kəşfiyyatı və təhlükəsizlik qurumlarının rəhbərliyini həvalə etdiyi Əli Məmlükün Romaya gizli şəkildə gətirilməsi və hökumət rəsmiləri ilə görüş keçirməsinin bir neçə fərqli hökumət rəsmisi və jurnalist mənbələrindən təsdiqləndiyini bildirib.
Məmlükün İtaliya hökuməti tərəfindən xüsusi qırıcı təyyarə ilə Roma aparıldığı və burada rəsmən açıqlanmayan görüş keçirdiyi iddiaları hələ fevral ayında mətbuata çıxmışdı.
İddaların təsdiqləndiyini söyləyərək, Avropa Komissiyasında İtaliyanın cinayət törətdiyinə dair iddia qaldıran Mərkəz, 2018-ci ilin əvvəlində Romadakı görüşün Məmlüklə İtaliyanın daxili İşlər naziri və kəşfiyyat xidmətinin keçmiş rəhbəri Marko Minniti arasında keçirildiyini bildirib. Görüşdə İtaliya kəşfiyyat xidmətinin rəhbəri Alberto Manenti də iştirak edib. Məlumata görə, görüşdə milli təhlükəsizlik məsələləri müzakirə edilib.
Mərkəzə görə, İtaliyanın təşkil etdiyi bu səfərlə, 2011-ci ildə Avropa Birliyi (AB) tərəfindən Məmlükə tətbiq edilən səyahət və maliyyə sanksiyaları pozulub.
İtaliya hökuməti gizli saxladı görüş barədə nə digər AB üzvü ölkələrinin hökumətlərinə, nə də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məlumat verib. Avropa Konstitusiya və İnsan Haqları Mərkəzinin İtaliyaya qarşı cinayət ittihamını başqa digər beynəlxalq insan hüquqları təşkilatları da dəstəkləyib.