İranda iqtisadi gərginlik fonunda başlayan etirazlar ölkə Məclisində əks-səda verib.
Baki-xeber.com-un “habertürk”dən aldığı xəbərə görə, Məclis prezident Ruhaniyə ultimatum verərək iqtisadi çöküşə səbəb olan məmurların dəyişdirilməsini tələb edib.
Xəbərə görə, bundan bir gün öncə İranın Ali dini lideri Əli Xamneyi Məclisdən ölkənin iqtisadi problemlərilə bağlı hərəkətə keçməsini istəyib. Eyni zamanda Tehranın ticatət əsnafı iqtisadi duruma etiraz olaraq mağazalarını bağlayıb.
Bu arada İran ABŞ-ın nüvə anlaşmasından çəkilməsinin ardından özünün nüvə proqramını yenidən canlandırıb. Beləliklə, 9 illik fasilədən sonra İran İsfahanda uranın zənginləşdirilməsini həyata keçirən Uran Hekzaflorid (UF6) zavodunu açıb.