İsrail “Həmas”a əlində olan 4 israilli əsgərin buraxılması qarşılığında Qəzza üçün Cənubi Kiprdə liman inşa etməyi təklif edib.
Baki-xeber.com xəbər veri ki, bu barədə İsrailin “Channel 2” televiziyası məlumat yayıb.
İsrail və “Həmas” arasında əsir əsgərlərlə bağlı uzun müddətdir danışıqlar gedir. Kanal bildirir ki, İsrailin müdafiə naziri Avigdor Liberman əsir əsgərlə qarşılığanda Cənubi Kiprdə Qəzza embarqosunu yumşaltmaq üçün liman qurulmasını təklif edib. “Həmas” isə əlindəki əsgərlər qarşılığında İsrail həbsxanalarındakı bəzi fələstinlilərin də azadlığa buraxılmasını tələb edir.
İsrail televiziyası Libermana yaxın mənbnələrə istinadən, Cənubi Kiprdə qurulacaq liman Qəzza zolağına gedəcək tibbi yardım, ticarət və ümumi ehtiyaclar üçün əsas yükləmə nöqtəsi kimi istifadə ediləcək.
Limanın bütün xərcini İsrail öz öhdəsinə götürüb. Böyük gəmilərin də yaxınlaşa biləcəyi liman İsrailin nəzarətində olacaq.
Libermanın ötən həftə Cənubi Kiprə səfəri zamanı bununla bağlı razılıq əldə edildiyi bildirilir.