İranda prezident Həsən Ruhani əleyhinə maraqlı iddiaların yer aldığı bir kitab internet vasitəsilə dərc olunub.
İfrat mühafizəkar kimi tanınan Kamran Qəzənfəri adlı tədqiqatçı yazar tərəfindən qələmə alınan "Bir baxışda Həsən Ruhani" adlı kitabın nəşrinə İrşad və Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib.
İnternetdə e-kitab şəklində çap olunan kitabda Ruhani, "Şah dövründəki kəşfiyyat təşkilatı SAVAK-la əməkdaşlıq etmək və ABŞ adına İslam Respublikasını ortadan qaldırmağa çalışmaqda ittiham olunur.
Kitabda Ruhaninin prezidentlik üçün lazımi bacarığı olmadığı iddia edilərək, məclisdən məsələnin araşdırılması istənilir.
Dövlətə məxsus İran qəzeti isə kitabdakı iddiaları "əsassız" olaraq səciyyələndirib.