Avropa İttifaqının gələcəyi təhlükədədir. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini deyib.
O, bildirib ki, qarşıdakı bir ildə Avropa İttifaqının gələcək taleyi həll olunacaq: “Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək”
Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq.
Ölkəsinin artıq miqrantları qəbul edə bilməyəcəyini ifadə edən italiyalı nazir "Hətta tək bir insan belə qəbul edə bilmərik. Əksinə, bir neçəsini başqa yerlərə göndərmək istəyirik" – deyə bildirib.