ABŞ 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı öldürülən Amerika əsgərlərinin qalıqlarının qoyulması üçün Şimali Koreya sərhədinə tabutlar göndərib.
Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Cənub-Şimal sərhədində atəşkəs kəndi kimi tanınan Panmunjoma gətirilən müvəqqəti tabutlar, əsgərlərin qalıqlarının "şərəflə" daşınması üçün bir neçə gün ərzində Şimali Koreyaya göndəriləcək.
Şimali Koreyaya ümumilikdə 215 tabutun göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Conq In arasında bu ay keçirilən zirvədə, Koreya müharibəsində ölən Amerika əsgərlərinin qalıqlarının ABŞ-a göndərilməsi ilə bağlı razılığa gəlinmişdi.