İran qadınlarına 1979-cu ildən bəri ilk dəfə idman arenasına daxil olaraq kişilərlə birlikdə futbol oyununu izləmək icazəsi verilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Al-Ahram” telekanalı bildirib. Xəbərə görə, bu icazəyə səbəb İran millisinin Rusiya olimpiadasında yarışması olub. Beləliklə, İran qadınları Tehranın Azadi stadionunda quraşdırılan nəhəng monitorda millinin İspaniya ilə oyununu izləyib.
Xəbərdə bildirildiyinə görə, millinin bundan əvvəlki Mərakeşlə oyununun translyasiyasına qadınlar buraxılmayıb. İyunun 15-də baş tutan futbol oyununda İran millisinin qalib gəlməsi və şəhər əhalisinin qələbəni küçələrdə bayram etməsi meriyanı qadınları növbəti oyunun tamaşasına buraxmağa sövq edib.
Qeyd edək ki, çempionatda İspaniya-İran qarşılaşması iyunun 20-də Kazanda baş tutub və 1:0 hesabı ilə birincinin xeyrinə bitib.