Türkiyə hərbçiləri Suriyanın şimalındakı PKK-nın qolu PYD/YPG terrorçularının nəzarətində olan Menbiç şəhərinin kənar məhəllələrinə daxil olub.
Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Yerli mənbələrə istinadən yayılan məlumatda bildirilir ki, türk əsgərləri ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olub.
Türk və amerikalı əsgərlər Menbic ətrafına nəzarət etməyə başlayıb.
Türk əsgərlərinin Menbicin kənar məhəllələrinə daxil olduğunu göstərən görüntülər də yayılıb.
Anadolu Agentliyi Türkiyə Silahlı Qüvvələrinin (TSK) Menbicdə ABŞ-la birgə patrul fəaliyyətibnə başladığını bildirib. Yerli mənbələrdən əldə edilən məlumata görə, TSK-ya məxsus zirehli maşınlar Fərat Qalxanı əməliyyatı bölgəsindəki Cerablus qəsəbəsi ilə Menbic cəbhə xəttini bir-birindən ayıran Sacu çayının ətrafına girib. TSK və ABŞ, bu bölgədə ABŞ bazasının da yerləşdiyi Dadat qəsəbəsi yaxınlığında birgə patrul- əlaqələndirmə fəaliyyətinə başlayıb. Birgə fəaliyyət təxminən 3 saat davam edib.
Türkiyənin baş naziri Binəli Yıldırımda türk əsgərlərinin Menbicə girdiyini təsdiqləyib.
YPG/PKK əhalisinin 90 fazini ərəblərdən ibarət olan Hələb bölgəsinə bağlı olan Menbici 2016-cı ilin avqust ayında ABŞ-ın dəstəyi ilə İŞİD terror təşkilatından alaraq işğal etmişdi.
Həmin vaxt İŞİD-ə qarşı mübarizə bəhanəsilə YPG/PKK-ya dəstəyini davam etdirən ABŞ, şəhər mərkəzinin İŞİD-dən təmizlənməsindən sonra YPG/PKK-nın bölgədən çıxacağı mövzusunda Türkiyəyə zəmanət verməsinə baxmayaraq, buna əməl etməmişdi.
Ancaq iyunun 4-də xarici işlər naziri Mövlüd Çavuşoğlunun Vaşinqton səfəri zamanı ABŞ-la Türkiyə arasında YPG-nin Menbicdən çıxarılmasına dair razılıq əldə edilib.