Ötən həftə Kanadada baş tutan G7 zirvəsində ABŞ-ın polad və alüminiuma əlavə gömrük rüsumu tətbiq etməsindən sonra, Kanada baş naziri Justin Trudeau ilə ABŞ prezidenti Donald Tramp arasında gərginlik yaşanması ilə yadda qalmışdı. Ancaq indi məlum olur ki, zirvə Trampla digər üzv ölkə liderləri arasında da gərginliyə səhnə olub.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
“Wall Street Journal”, zirvə toplantısına qatılan avropalı liderlərə istinadən yazır ki, Tramp və digər G7 liderləri arasında terrorizm və miqrasiya məsələlərinə dair maraqlı dialoqlar yaşanıb.
Məlumata görə, köçün Avropa üçün böyük bir problem olduğunu söyləyən Tramp Yaponiya baş nazıri Şinzo Abeni hədəf alıb: "Şinzo, sənin belə bir problemin yoxdur, amma mən sənə 25 milyon meksikalını göndərə bilərəm və sən də çox tezliklə vəzifəni itirərsən".
Avropalı rəsmilərə görə, Trampın bu sözlər zalda hər kəs üçün gözlənilməz olub.
Mənbə, İran və terrorizmlə mübarizə məsələlərinin müzakirəsi zamanı Trampın bu dəfə Fransa prezidenti Emmanuel Makronu hədəfə aldığını iddia edib. "Emmanuel sən bunu bilməlisən, çünki bütün terrorçular Parisdədir" – deyən Trampın Makronun da bu vəziyyətdən xəbərdar olduğunu bildirdiyi iddia olunur.
Tramp Amerika istehsalçılarına qarşı Aİ-nin tətbiq etdiyi cərimlərə görə, isə Avropa İttifaqı Komissiyasının sədri Yan-Klaud Yunkeri “amansız qatil” adlandırıb.
Qeyd edək ki, zirvədən sonra, Tramp qeyd edib ki, Kanada baş naziri Castin Trudeaunun yalan açıqlamalarına görə, qəbul edilən yekun bəyanatın ABŞ tərəfindən imzalanmamasına dair tapşırıq verib. Tramp yekun bəyanatı imzalanmaması ilə yanaşı, həm özü, həm də digər ABŞ rəsmiləri Kanada baş nazirini xəyanətdə və ikiüzlülükdə günahlandırıb.