İordaniya nın Haşimilər Krallığı özünün İran İslam Respublikasındakı səfiri Abdulla Süleyman əbu Rummanı geri çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı bildirib. Telekanalın xəbərinə görə, Krallığın nazirlər şurası bu qərarı “İranın Yaxın Şərq ölkələrinin daxili işlərinə qarışması” ilə bağlı qəbul edib. Qeyd olunur ki, İordaniya regionda, özəlliklə Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrində təhlükəsizliyin möhkəmlənməsinə can atır.
Xatırladaq ki, son illər İran və Səudiyyə Ərəbistanı arasında Yəmən üzündən gərginlik xeyli artıb. Belə ki, Ər-Riyad hesab edir ki, Tehran üsyançı husilərə dəstək verir və onlara silah yardımı edir.