Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını nəzərdə tutan “Brexit”dən sonra, fransız dilinin birlik daxilində əsas dil statusunu bərpa etməyə çalışır.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Makron fransız dilinin 1973-cü ildə İngiltərənin birliyə qoşulmasına qədər sahib olduğu əsas dil olmaq özəlliyini yenidən bərpa emək niyyətindədir. Məlumata gorə, o, xüsusilə “Brexit”dən sonra Fransanın AB-də çəkisini artırmaq üçün bu addımı atmağı planlaşdırır.
AB qurumlarının da fransız dilinin əsas dil statusunun geri qaytarılmasını dəstəklədiyi bildirilir. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerin də Makronun bu təşəbbüsünü dəstəkləyənlərdə olduğu qeyd edilir.