ABŞ prezidenti Donald Trampın 50 milyard dollarlıq Çin məhsullarına 25 faizlik əlavə rüsum tətbiq etməsi dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət müharibəsini başlatdı.
Baki-xeber.com xəbər verir ki, Tramp qərarını bu gün élan edib.
Tramp bildirib ki, Çin mallarına 25 faizlik əlavə rüsum tətbiq olunacaq. ABŞ Ticarət Nümayəndəliyi isə, dəyəri ümumilikdə 50 milyard dollara çatacaq gömrük vergilərinin tətbiq ediləcəyi məhsulların siyahısını açıqlayıb. Siyahıda 1100 fərqli Çin məhsulunun adı yer alır.
Siyahıdakı təxminən 800-ə yaxın məhsula 6 iyul 2018-ci il tarixdən etibarən 25 faizlik əlavə gömrük rüsumu tətbiq ediləcək. Bu məhsullardan toplanacaq vergilərin 34 milyard dollara çatacağı bildirilir.
Ticarət Nümayəndəliyi, qalan 16 milyard dollarlıq verginin tətbiq ediləcəyi təxminən 300 məhsulla bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
ABŞ prezidentinin Çin məhsullarına əlavə vergi tətbiq edilməsi barədə qərarı iki ölkə arasında gərginliyi pik həddə çatdırıb. Trampın Çinə qarşı ticarət müharibəsi başlatdığnı açıqlayan Pekin rəhbərliyi isə ilk cavab addımlarını élan edib. Çin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 50 milyard dollarlıq məhsula 25 faizilik gümrük vergisi gətirəcəyini bildirib.
“CNN İnternational” dünyanın iki böyük iqtisadiyyatı arasında müharibənin başladığını bəyan edib.