“İran Suriyadan İsrailə hücum etməyə hazırlaşır”. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun hərbi kəşfiyyat rəhbəri general Tamir Hayman Qüdsdəki xarici təhlükəsizlik rəsmiləri ilə görüşdə səsləndirib.
“Times of İsrael” yazır ki, Hyman ötən həftə Qüdsdəki xarici təhlükəsizlik rəsmiləri ilə görüşərək, İranın Suriyadakı vəziyyətini müzakirə edib.
Görüşdən gizlicə çəkilmiş bir video da yayılıb. Suriyadakı İran bazalarının olduğu xəritəni toplantı iştirakçılarına göstərən hərbi kəşfiyyat rəhbəri İranın Suriyadan İsrailə hücum etməyə hazır olduğunu iddia edib.
"İranın bu bazalarla Əsəd (Suriya prezidenti Bəşər Əsəd) rejiminə dəstək vermək və bu terrorla mübarizə aparmaq istədiyini düşünürük.
Onda bu sürprizə də hazır olun – Xəritədəki bu nöqtələrdə təxminən 15 gündür heç bir qarşıdurma baş verməyib. İran bu nöqtələrdən raket hücumlarını həyata keçirmək qabiliyyətini artırmağa, İsrailə sıza biləcək hücrələr qurmağa və Qolan Təpələrindəki kəndlərə zərər verməyə çalışır" – deyə general bildirib.