ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Yonq Un arasında çoxdan gözlənilən tarixi görüş gerçəkləşib.
Baki-xeber.com-un xarici mətbuata istinadən xəbərinə görə, görüş Sinqapurun Sentosa adasında baş tutub. 50 dəqiqə sürən görüşü 2500 media nümayəndəsi izləyib. Təkbətək görüşün ardından heyətlər arasında görüş başlayıb və 35 dəqiqə çəkib.
ABŞ prezidenti ilə Şimali Koreya liderinin ilk dəfə bir araya gəldiyi tarixi zirvə barədə ilk açıqlama Kim Yonq Undan gəlib. Görüş sonrası kameralar qarşısına keçən ŞK lideri “Buraya gəlincə bir çox maneələri aşmalı olduq, amma bir araya gəlməmiz çox gözəldir” sözlərini səsləndirib.
Tramp isə "Münasibətlərdə bu səviyyəyə gəlmiş olmamız çox yaxşıdır, əminəm ki, çox gözəl əlaqələr quracağıq” – deyə görüşün əhəmiyyətini şərh edib.
Xatırladaq ki, iki ölkə lideri arasında çoxdan gözlənilən bu görüşün əsas mövzusu nüvə silahlanması idi.